AZ

Paşinyan Verma ilə sərhədin demarkasiyası prosesini müzakirə edib

Ermənistanın Baş naziri ABŞ dövlət katibinin müavinini qəbul edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.
AYNA erməni mediasına istinadən bildirir ki, Ermənistan hökumətinin məlumatına görə, Paşinyan Ermənistan-ABŞ strateji dialoqunun ardıcıl inkişafını və çoxsahəli əməkdaşlığın dərinləşməsini vurğulayıb.
Həmsöhbətlər bu il aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
91
19
ayna.az

10Mənbələr