AZ

Çinin təyyarə və gəmiləri Tayvana yaxınlaşıb

Tayvan hərbçiləri son sutka ərzində Çin Xalq Azadlıq Ordusunun (PLA) 18 təyyarəsi. PLA Hərbi Dəniz Qüvvələrinə aid 6 döyüş gəmisinin adaya yaxınlaşmasını qeydə alıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Tayvanın Milli Müdafiə Nazirliyinin gündəlik məlumatında diqqətə çatdırılıb.

Bildirilib ki, 12 təyyarə adanın cənub-qərb və cənub-şərq hissəsində hava hücumundan müdafiə qüvvələrinin tanıma zonasına daxil olub. Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərini işə salmaqla cavab verib.

Xatırladaq ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-nin o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb.

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
3
cebheinfo.az

10Mənbələr