AZ

Tayvan Çinlə döyüşmək istəmədiyini bəyan edib

Tayvan Çinlə müharibə istəmir və onun bütün strategiyası adanın müdafiə qabiliyyətini gücləndirməyə yönəlib.

 

Oxu24.com  Mərkəzi Xəbər Agentliyinə istinadən  xəbər verir ki, bunu Müdafiə Nazirliyinin rəhbəri Qu Lixyonq Qanunverici Yuanda (Tayvanın qanunverici orqanı - Oxu24.com qeydi) çıxışı zamanı deyib.

"Tayvan heç vaxt müharibə istəməyib", deyə o bildirib.

 

O, həmçinin bildirib  ki, Taypeyin rəsmi olaraq materik Çini öz yurisdiksiyasının bir hissəsi hesab etməsinə baxmayaraq, adanın siyasəti “əks-hücum”a deyil, yalnız mövcud əraziləri onun nəzarəti altında saxlamağa yönəlib.

 

Bundan əvvəl Çin prezidenti Si Tsinpin ABŞ-ın Pekini Tayvana hücuma sövq etdiyini bildirmişdi.

 

Xüsusilə, o, bunu 2023-cü ilin aprelində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ilə görüşü zamanı deyib.

 

Çin lideri həmçinin ABŞ-la münaqişənin ölkənin nailiyyətlərini məhv edəcəyindən və 2049-cu ilə qədər "böyük dirçəliş" əldə etməsinə mane olacağından ehtiyat etdiyini bildirib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
7
oxu24.com

10Mənbələr