AZ

Tayvan Çinlə müharibə istəmir

Tayvan Pekinlə müharibə istəmir. Taypeyin strategiyası adanın müdafiə qabiliyyətini gücləndirməkdir. 

"Operativ Media" xəbər verir ki, bunu Tayvanın müdafiə departamentinin rəhbəri Qu Lixiong Qanunverici Yuanda (adanın ali qanunverici orqanı) jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Hər kəs etiraf etməlidir ki, Çin Kommunist Partiyasının hərbi fəaliyyətinin davamlı olaraq genişləndirilməsi və müxtəlif növ təhdidlər və hərbi fəaliyyətlər vasitəsilə Tayvan boğazında status-kvonu dəyişmək cəhdləri regionda narahatlıq doğurur", - Qu Lixiong bildirib. 

Tayvan heç vaxt müharibə istəməyib. Tayvanın strategiyası müdafiə qabiliyyətini gücləndirməkdir", - diplomat əlavə edib.

Seçilən
88
50
operativmedia.az

10Mənbələr