AZ

Ərdoğan və Paşinyan telefonla danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, danışıq zamanı hər iki lider ilkin şərt olmadan Türkiyə və Ermənistan arasında münasibətləri normallaşdırmaq iradəsini təsdiqləyiblər.
“Söhbət zamanı hər iki lider Türkiyə və Ermənistan arasında ilkin şərt qoyulmadan münasibətlərin tam normallaşması istiqamətində siyasi iradələrini vurğulayıblar. Bu kontekstdə onlar iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyini qeyd ediblər və hazırda müəyyən razılaşdırılmış mövzuların olduğunu təsdiq ediblər. Onlar həmçinin Türkiyə və Ermənistanın yüksək rütbəli rəsmiləri arasında dialoqun davam etməsindən məmnunluq ifadə ediblər”, - ofisin məlumatında bildirilib.
İki ölkə liderləri həmçinin regional və beynəlxalq gündəliyi də müzakirə ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
31
yeniavaz.com

10Mənbələr