AZ

Ərdoğan Paşinyanla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

 

Telefon danışığı zamanı Paşinyan Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Ərdoğan da öz növbəsində Paşinyanı qarşıdan gələn İsa Məsihin Vardavar-Dönüşmə günü münasibəti ilə təbrik edib.

 

Bundan əlavə, Ərdoğan Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı Paşinyana başsağlığı verib. Görüş zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini vurğulayıblar. Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.

 

Liderlər həmçinin Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qeyd ediblər.

 

Onlar həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
31
senzor.az

10Mənbələr