AZ

Ərdoğan Paşinyanla telefon danışdı

Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.Ulusum.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.Danışıq zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında münasibətlərin ilkin şərt olmadan tam şəkildə normallaşdırmaq üçün siyasi iradənin mövcudluğunu təsdiqləyib.Liderlər normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında danışıqların davam etdirilməsinin vacibliyinə toxunub.Ərdoğanla Paşinyan Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qarşıladıqlarını vurğulayıblar. Onlar, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.Türkiyə Prezidenti Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı baş nazir Paşinyana başsağlığı da verib.Bundan başqa, danışıq zamanı Paşinyan Prezident Ərdoğanı Qurban bayramı münasibətilə, Ərdoğan Paşinyanı isə qarşıdan gələn Vardavar günü münasibəti ilə təbrik edib.

Diqqət Çəkənlər

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - VİDEO

Əhaliyə sarı xəbərdarlıq!

1500-dən çox miqrant Rusiyadan çıxarılır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
31
ulusum.az

10Mənbələr