AZ

ABŞ həyəcan təbili çaldı: "Biz uğursuz olacağıq"

Qərb Ukrayna münaqişəsində biabırçılıq və fəlakət arasında seçim qarşısındadır.
 
Bu fikri ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis bildirib.
 
Davisin fikrincə, Kiyevin Qərb müttəfiqləri elə bir mövqedədirlər ki, qələbədən söhbət gedə bilməz.
 
"Bu və ya digər şəkildə, biz ya fəlakətli, ya da alçaldıcı şəkildə uğursuz olacağıq", - ekspert deyib.
 
Devis vurğulayıb ki, ABŞ axmaqlığa son qoymalı, münaqişəni danışıqlarla sonlandırmalı və Ukraynanın bərpasına kömək etməlidir.
 
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, NATO ölkələri bilərəkdən Ukraynanı mənasız müharibəni davam etdirməyə aparır və bu, münaqişəni gərginləşdirmək qərarına gələn bu ölkələrin maraqlarına böyük ziyan vuracaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
moderator.az

10Mənbələr