AZ

“Ukrayna - ABŞ təhlükəsizlik razılaşmasında...” - Sabiq Baş nazir

“Ukrayna ilə ABŞ arasında təhlükəsizlik paktı Kiyevin digər ölkələrlə bağladığı oxşar sazişlər kimi çox qeyri-müəyyəndir.”

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq baş naziri Nikolay Azarov bildirib.

"ABŞ Ukraynanın NATO-ya üzv olması ilə bağlı heç bir yeni öhdəlik götürməyib. Bu saziş Zelenski tərəfindən artıq imzalanmış digər sazişlər kimi heç bir aydın meyarlara malik deyil", - deyə o rəsmi “Telegram” hesabında yazıb.

Azarov bu razılaşmanı Ukrayna KİV-i üçün ukraynalıları Zelenskinin və ABŞ-ın maraqları uğrunda ölməyə davam etməyə inandırmağa növbəti məlumat bəhanəsi kimi qiymətləndirib.

Qeyd edək ki, Cümə axşamı ABŞ prezidenti Co Bayden və Zelenski İtaliyada keçirilən G7 sammiti çərçivəsində Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıblar.

Rahim Nəzərov

BDU tələbəsi

Bakıvaxtı.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
bakivaxti.az

10Mənbələr