AZ

Çinin nüvə silahı ilə bağlı ciddi nailiyyəti məlum oldu - "The Times"dan təfərrüatlar

Çin lideri Si Szinpin Çin Xalq Respublikasının ordusunu modernləşdirir və onun dövləti son 12 ay ərzində nüvə başlıqlarının ehtiyatını Rusiya və ABŞ daxil olmaqla, digər ölkələrlə müqayisədə daha sürətlə artırıb.

Qaynarinfo xəbər verir ki, 2023-cü ilin əvvəlində Çində 410 nüvə başlığı olub, lakin 12 ay ərzində onların sayı 500-ə çatıb. Bu barədə The Times Stokholm Sülh Araşdırmaları İnstitutundan (SIPRI) əldə edilən məlumatlara istinadən yazır

"Bu arsenal hələ də 3700-dən çox döyüş başlığına malik ABŞ-dan və 4300-dən çox döyüş başlığına malik Rusiyadan daha azdır. Lakin Çin də ilk dəfə olaraq "yüksək hazırlıq vəziyyətində olan" raketlərində nüvə başlıqlarını aktiv şəkildə yerləşdirə bilər”, - İnstitutun hesabatında qeyd edilib.

Ekspertlərin fikrincə, Çin tərəfi nüvə başlıqları ilə təchiz edilmiş qitələrarası ballistik raketlərin tədarükünü də sürətlə genişləndirir.
Çin 1964-cü ildə ilk atom bombasını sınaqdan keçirib və təsdiqlənmiş beşinci nüvə gücü olub. Rəsmi məlumata görə, Rusiya Federasiyası, ABŞ, Fransa və Böyük Britaniya nüvə silahına malikdir. Hindistan, Pakistan və Şimali Koreya da özlərini nüvə dövləti elan ediblər. Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, İsrailin də nüvə başlıqları var, lakin İsrail hakimiyyəti bunu rəsmən elan etməyib.

Soyuq Müharibə dövründə bir tərəfdən SSRİ, digər tərəfdən isə Qərb dövlətləri öz arsenallarından hansı şəraitdə istifadə edəcəklərini göstərən aydın nüvə strategiyaları hazırlayır və tez-tez dərc edirdilər.

Dövlətinə ilk nüvə sınağına icazə verən dövrün Çin siyasi lideri Mao Szedun nüvə silahlarını "kağız pələng" - dəyəri yalnız qorxu təsirində olan silahlar kimi təsvir edib. O, ÇXR-in nüvə silahları ilə bağlı siyasətini bəyan edib - onlardan yalnız onun ərazisinə nüvə hücumunun qarşısını almaq və ona cavab vermək üçün istifadə olunacaq.

1996-cı ildə Çin hakimiyyəti Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini imzalayıb.

Alpər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
10
qaynarinfo.az

10Mənbələr