AZ

Demokratlar seçkilərdə Baydeni əvəz edə bilər – DM


ABŞ Demokratlar Partiyasının nümayəndələri noyabrda keçiriləcək prezident seçkilərində Co Baydeni başqa bir namizədlə əvəz etmək üzərində düşünürlər, lakin bunun üçün demokratlar ABŞ-nin keçmiş liderləri Bill Klinton (1993-2001) və Barak Obamanın (2009-2017) dəstəyinə ehtiyac duya bilərlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, 81 yaşlı Bayden rəqibi və prezidentliyə namizəd Donald Trampla debatda zəif çıxış edərsə və ya onun reytinqi aşağı düşməkdə davam edərsə, köklü demokrat siyasətçilər onu prezidentlik yarışından çəkilməyə razı salmağa çalışa bilərlər.
“Onu prezidentlik yarışından çəkilməyə məcbur edə biləcək yeganə şəxslər Barak Obama, Bill Klinton, Nensi Pelosi (2019-2023-cü illərdə ABŞ Nümayəndələr Palatasının sədri) və Çak Şumer (Senatın çoxluğunun lideri) ola bilər”, - deyə adı açıqlanmayan demokrat siyasi strateq bildirib.
Buna baxmayaraq, demokratlar inadkar Baydenin yarışdan çəkilməkdən imtina edə biləcəyindən və seçkiyə qədər qala biləcəyindən ehtiyat edir.
Keçmiş prezident Barak Obama da Baydenin namizədliyi ilə bağlı mənfi fikirdədir. Qəzet xatırladıb ki, Obama 2016-cı ildə Demokratlar Partiyasında keçirilən praymerizdə Baydenə qarşı keçmiş ABŞ dövlət katibi Hillari Klintonu dəstəkləyib, hətta iddialara görə Trampla prezidentlik yarışı zamanı 2020-ci ildə namizədliyini irəli sürməsinə mane olmağa çalışıb.
Adı açıqlanmayan siyasi strateqlərin fikrincə, demokratlar Baydeni əvəz etmək qərarına gəlsələr, hakimiyyəti simvolik olaraq yeni namizədə ötürmək üçün ictimai tədbir təşkil etməli olacaqlar. Bununla yanaşı, qəzet hesab edir ki, yeni namizəd üçün seçkilərdə Trampın məğlubiyyət riski qalacaq.
Qeyd edək ki, 81 yaşı olan Bayden ictimai çıxışlarında tez-tez kobud səhvlərə yol verir. Respublikaçılar bundan seçki kampaniyasında ona qarşı istifadə edirlər.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-də növbəti seçkilər keçiriləcək. Demokrat Co Bayden və respublikaçı Donald Tramp artıq ABŞ prezidentliyi vəzifəsinə öz partiyalarının namizədləri kimi rəsmi namizədliklərini təmin ediblər. Onların namizədliyi respublikaçıların (iyulda) və demokratların (avqustda) ümummilli partiya qurultaylarında rəsmən təsdiqlənəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
18
yeniavaz.com

10Mənbələr