AZ

Baydenin yerinə Obama? - “Hər şey Trampla debatdan sonra məlum olacaq”

ABŞ-nin 44-cü prezidenti Barak Obama qarşıdan gələn seçkilərdə hazırkı Amerika lideri Co Baydeni əvəz edə bilər.

Hurriyyet.az xəbər verir ki, bunu Britaniyanın “Daily Mail” nəşri yazıb.

Qeyd olunur ki, Demokrat Partiyası bu riskləri Baydenin səhhətinin pis olması ilə əlaqələndirir. Qəzetin yazdığına görə, qəti qərar qəbul edilməsi üçün həlledici məqam Baydenin Donald Trampla debatı olacaq: "Əgər Bayden Trampla debatda zəif çıxış edərsə, səhhətində yaranan problemi əsas gətirərək başqa namizədlə əvəz oluna bilər".

Nəşr Baydenin yaşı ilə bağlı qəribə davranışlarını xatırladıb. O da vurğulanır ki, rəsmi tədbirlərdə Obamanı kömək etmək üçün Baydenin yaynında tez-tez görmək olar.

Nensi Pelosi və Bill Klintonun da Baydeni əvəz edə biləcək digər namizədlər kimi adları çəkilir. Lakin bununla belə, Obama potensial əvəzedici namizəd kimi seçicilər arasında daha populyardır.

Azpolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
18
hurriyyet.az

10Mənbələr