AZ

“Real”ın yetirməsi dənizdə boğulan iki turisti belə xilas etdi - VİDEO

"Almeria"nın yarımmüdafiəçisi Serxio Arribas Maldiv adalarında istirahət zamanı suda boğulan iki turisti xilas edib.

Bu barədə AS məlumat yayıb.

22 yaşlı futbolçu sevgilisi ilə özəl çimərlikdə dincələn zaman dəniz axını aparan iki turistin köməyə çağırış səslərini eşidib. Arribas slayddan tullanaraq boğulan insanlara tərəf üzüb. Bu zaman futbolçunun rəfiqəsi suya xilasedici dəst atıb. Bu hərəkətlər sayəsində turistlər xilas edilib.

Arribas "Real Madrid"in yetirməsidir, 2023-cü ilin yayından "Almeria"da çıxış edir.\publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
musavat.com

10Mənbələr