AZ

“Real”ın kapitanı seçimini etdi

Müqaviləsi iyunun 30-da başa çatacaq “Real”ın mərkəz müdafiəçisi və kapitanı Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə qərar verib. Matc.az xəbər verib ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Saşa Tavolieri məlumat paylaşıb. Bildirilir ki, Naço “Əl-İttihad” və “Əl-Nasr” arasında seçim qarşısında idi. 34 yaşlı futbolçu artıq tibbi müayinədən keçib. Tezliklə Naçonun Madrid klubundan ayrılacağı rəsmən açıqlanacaq. Qeyd edək ki, Naço “Real”ın yetirməsidir. O, 2012-ci ildən Madrid klubunun əsas heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 364 matçda iştirak edib, 16 qol vurub, 10 məhsuldar ötürmə edib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
32
matc.az

10Mənbələr