AZ

“Real”dan 2 futbolçu ilə yeni müqavilə

“Real” Luka Modriç və Lukas Vaskeslə anlaşdığını elan etməyə hazırlaşır.

Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki futbolçunun müqaviləsi iyunun 30-da başa çatır. “Kral klubu” yaxın günlərdə həm xorvat, həm də ispan futbolçuyla müqaviənin uzadılmasını təsdiqləyəcək.

38 yaşlı Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, ötən mövsüm 46 oyunda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

2015-ci ildə əsas komandaya qoşulan Vaskes “Real”ın yetirməsidir. 32 yaşlı futbolçu 2023/24 mövsümündə 38 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
32
futbolinfo.az

10Mənbələr