AZ

Kanselu 6-cı Avropa çempionatına qatılan Ronaldu barədə: "Bizim liderimiz və kapitanımızdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Portuqaliya millisinin sağ cinah müdafiəçisi Joao Kanselu AVRO-2024-ə qatılan 39 yaşlı komanda yoldaşı Kriştianu Ronaldunun turnirdəki iştirakından danışıb.
Müdafiəçi qeyd edib ki, Ronaldunun altıncı dəfə Avropa çempionatına qatılması onun zəhmətinin və istedadının göstəricisidir.
"Ronaldu bizim liderimiz və kapitanımızdır", - deyə "Mançester Siti"nin müdafiəçisi vurğulayıb.
İyunun 14-də Almaniyada start götürən 2024-cü il Avropa çempionatında Portuqaliya millisi Çexiya, Türkiyə və Gürcüstan milliləri ilə eyni qrupda çıxış edəcək. Kriştianu Ronaldunun komandası Avro-2024-ün açılış matçını iyunun 18-də Çexiyaya qarşı keçirəcək.
Mənbə: Mundo Deportivo
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
11
oxu.az

6Mənbələr