AZ

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edildi

Futbol üzrə Portuqaliya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.

"Unikal" Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Roberto Martines 26 nəfərlik siyahıya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 39 yaşlı hücumçusu Kriştianu Ronaldunun da adını daxil edib.

Qapıçılar: Dioqu Koşta (“Portu”), Joze Sa (“Vulverhempton”, İngiltərə), Ruy Patrisiu (“Roma”, İtaliya);

Müdafiəçilər: Antoniu Silva (“Benfika”), Danilu Pereyra, Nunu Mendeş (hər ikisi PSJ, Fransa), Dioqu Dalo (“Mançester Yunayted”, İngiltərə), Qonsalu İnasiu (“Sportinq”), Joau Kanselu (“Barselona”, İspaniya), Nelson Semedu (“Vulverhempton”), Pepe (Portu), Ruben Diaş (“Mançester Siti”, İngiltərə);

Yarımmüdafiəçilər: Brunu Fernandeş (“Mançester Yunayted”), Joau Neveş (“Benfika”), Joau Palinya (“Fulhem”, İngiltərə), Otavio (“Əl-Nəsr”), Ruben Neveş (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Vitinya (PSJ);

Hücumçular: Bernardu Silva (“Mançester Siti”), Kriştianu Ronaldu (“Əl-Nəsr”), Dioqu Jota (“Liverpul”, İngiltərə), Fransişko Konseysau (“Portu”), Qonsalu Ramuş (PSJ), Joau Feliks (“Barselona”), Pedru Netu (“Vulverhempton”), Rafael Leau (“Milan”, İtaliya).

Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
11
unikal.az

4Mənbələr