AZ

Azərbaycanlı atlet Avropa birinciliyində üç qızıl medal qazanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan idmançısı üç qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, Kamran Xappayev birdən qaldırma hərəkətində 102 kiloqram çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.
Bundan başqa o, təkanla qaldırma hərəkətində də eyni uğura imza atıb. 125 kiloqramı ram edən idmançı rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.
Təmsilçimiz 227 kiloqram (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışdakı digər atletimiz Əbdülhüseyn Hüseynov isə 207 kiloqram (95+112) nəticə ilə yekun sıralamada altıncı yeri tutub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
20
oxu.az

10Mənbələr