AZ

Ukrayna ordusundan yeni strategiya: “Əyil, amma sınma!”

Ukrayna Rusiyaya qarşı mübarizədə yeni strategiya sərgiləməkdədir.

 

Moderator.az xəbər verir ki, ABŞ-ın genişmiqyaslı hərbi yardımı yetişənə qədər Rusiyanın işğalının genişlənməsinin qarşısını almaq, habelə ciddi itkilərdən yayınmaq üçün Ukrayna hərbi komandanlığı bütün mümkün üsul və vasitələrdən istifadəyə qərar verib. Məqsəd hərbi yardım gələnə qədər rus işğalını minimum itki və təlafatla önləməkdir. ABŞ hərbi təhlilçilərinin “əyil, amma sınma” düsturu ilə xarakterizə etdikləri bu strategiyanın mahiyyəti bəzi ərazilərin müvəqqəti itirilməsi fonunda Ukrayna ordusunun daha əlverişli döyüş mövqeyinə yiyələnməsinə nail olmaqdır.

 

Mütəxəsislər hesab edir ki, müharibə getdikcə daha çox Qərbin Ukraynaya verdiyi yardımların həcmindən asılı olacaq. Əgər yardımlar öz miqyas və əhatəsini genişləndirməsə, Rusiya”kiçik, fəqət sabit qazannclar” əldə etməkdə davam edəcək.

 

Seymur ƏLİYEV

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
moderator.az

10Mənbələr