AZ

Putin: "Ukrayna münaqişəsi Qərbin təcavüzkar siyasəti ilə bağlıdır"

"Ukraynadakı münaqişə iki xalqın qarşıdurması deyil, Qərbin uzun illər davam edən təcavüzkar siyasətinin birbaşa nəticəsidir". 

Bakıvaxtı.az "Vedmosti"yə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, rusları və ukraynalıları ümumi tarix, mədəniyyət, eləcə də mənəvi dəyərlər birləşdirir. 

"Moskva Ukrayna üzrə dialoqa açıqdır. Lakin danışıqlar qlobal sabitlik və etibarlı təhlükəsizlik təminatlarının müzakirəsi ilə paralel getməlidir. Ukraynada baş verən hadisələr XX əsrin sonu, XXI əsrin əvvəllərində qlobal və Avropa siyasətinin nəticəsidir" - deyə Rusiya prezidenti vurğulayıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
bakivaxti.az

10Mənbələr