AZ

Putin atəşkəs üçün şərtlərini sadalayıb

Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukrayna qüvvələri Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini tamamilə tərk edərsə, Rusiya atəşi dayandırıb danışıqlara başlayacaq.

Reyting.az
-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə Putin bildirib ki, Ukrayna öz qoşunlarını bu regionların bütün ərazisindən tamamilə çıxarmalı, həmçinin Şimali Atlantika Alyansına üzvlükdən imtina etməlidir.

“Kiyev qoşunların çıxarılmasına başladığını, NATO-ya qoşulmaqdan əl çəkdiyini bəyan edən kimi, biz dərhal atəşkəs elan edəcəyik. Biz Ukrayna birliklərinin və birləşmələrinin ərazidən təhlükəsiz çıxarılmasına zəmanət verəcəyik. Bu mövqe Ukrayna üçün neytral, bloklara qoşulmamaq və nüvəsiz statusdur, onun demilitarizasiyası və denazifikasiyasıdır”, - Putin qeyd edib.

Rusiya prezidenti əmin edir ki, söhbət müharibənin dondurulmasından yox, sona çatmasından gedir. Eyni zamanda, prezident beynəlxalq müqavilələrdə Krım, Sevastopol, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin “Rusiya Federasiyasının regionları” statusunda qeyd olunmasını tələb edir.

Onun sözlərinə görə, sülh yolu ilə nizamlanma üzrə əsas razılaşmalar olmalı və Rusiyaya qarşı sanksiyalar ləğv edilməlidir.

Xatırladaq ki, rəsmi Kiyev dəfələrlə bəyan edib ki, Ukrayna yalnız işğalçı qüvvələri öz ərazisindən tam çıxardıqdan sonra Moskva ilə danışıqlar aparacaq. Moskva da Ukraynanın “Sülh Formulu”nu rədd edir və İsveçrədə keçiriləcək “Qlobal Sülh Sammiti”ndə iştirak etmir.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
10
reyting.az

10Mənbələr