AZ

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Naxçıvan, 16 iyun, AZƏRTAC

Qurban bayramının müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Qurban bayramı günlərində muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanın satışı və kəsimi xidmətləri təşkil olunub. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim edilir. Bununla yanaşı, bir sıra yerlərdə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir.

Qurban bayramı günlərində muxtar respublika üzrə 8 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 5-də həm kəsim, həm satış, 2-də qurbanlıq heyvanların yalnız satışı,1-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunur.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
11
azertag.az

10Mənbələr