AZ

Bayramda heyvanların satışı və kəsimi xidmətləri – Ünvanlar

Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. İyunun 16-17-də bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Elchi.az-a verilən məlumata görə, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilən qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.Qurban bayramı günlərində respublika üzrə 147 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 64-də həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların yalnız satışı, 36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün həmin xidmətlərdən yararlana bilər.Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları bu linkə və ya “Qurban bayramı 2024” bölməsinə daxil olmaqla əldə edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
11
elchi.az

10Mənbələr