AZ

"Azerbaijan Airlines - AZAL" işçi axtarır - VAKANSİYA

Azerbaijan Airlines

Layihələrin İdarə olunması üzrə aparıcı mütəxəssis

 Son tarix 12 iyl 2024 - Müraciət et

Təsvir:

  • Layihə planlarının hazırlanması;
  • Layihələrin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri / təchizatçıları əlaqələndirilməsi;
  • Layihələrin vaxtında, əhatə dairəsi daxilində və büdcə daxilində çatdırılmasını təmin etmək;
  • Layihə risklərinin idarə edilməsi
  • Layihə İdarəetmə Ofisi layihəsinin icrası metodologiyasını bütün layihələrə tətbiq etmək;
  • Təyin olunmuş layihələrin bütün resurs tələblərini və maliyyə askpektlərini idarə etmək və hesabat vermək üçün layihə menecerlərinə dəstək göstərmək
  • Layihə müddətində baş verən dəyişikliklər və risklərin proaktiv şəkildə idarə olunması;

Tələblər:

  • Təhsil tələbləri: Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Yüksək təqdimat bacarıqları;
  • Microsoft Office bilikləri;
  • Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarıqları;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu;

 

Daxili audit idarəsinin Baş Auditoru

 Son tarix 12 iyl 2024 Müraciət et

Vəzifə öhdəlikləri:

  • Daxili audit idarəsinin rəisinin tapşırığına əsasən audit yoxlamaları, məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqini icra etmək;
  • Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin hazırlanmasında iştirak etmək;
  • Daxili audit planının hazırlanmasında iştirak etmək;
  • Qrup rəhbəri olaraq cəlb olunduğu layihələrə rəhbərlik etmək, qrup üzvləri arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
  • Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
  • Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit idarəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
  • Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin etmək və audit sübutlarını sənədləşdirmək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Müxtəlif peşə (CİA, ACCA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla).

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri-iş günüdür;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
fed.az

10Mənbələr