AZ

AFFA U-13 Liqası: “Qarabağ" çempion oldu - FOTO/VİDEO 

AFFA U-13 Liqasının final görüşündə "Qarabağ" və "Neftçi” komandaları qarşılaşıb.

Bizim.Media xəbər verir ki, ASCO Arenada keçirilən final oyununda "Qarabağ"ın 13 yaşlıları "Neftçi” komandasındakı həmyaşıdlarına 1:0 hesabı ilə qalib gəliblər. 

Qarşılaşmada yeganə qolu komandanın hücumçusu İbrahim Rza vurub.

Bu qələbə ilə  "Qarabağ" turnirin çempionu olub. AFFA-nın 2023-2024-cü il üçün təşkil etdiyi Azərbaycan Çempionatına bu oyunla yekun vurulub.

Qeyd edək ki, “Qarabağ" Futbol Klubunun 13 yaşlıları iki il öncə də "Vətən"ə qalib gəlməklə, turnirin çempionu olmuşdular.
 




Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
bizim.media

10Mənbələr