AFFA U-13 Liqasının final görüşündə "Qarabağ" və "Neftçi” komandaları qarşılaşıb.
Bizim.Media xəbər verir ki, ASCO Arenada keçirilən final oyununda "Qarabağ"ın 13 yaşlıları "Neftçi” komandasındakı həmyaşıdlarına 1:0 hesabı ilə qalib gəliblər.
Qarşılaşmada yeganə qolu komandanın hücumçusu İbrahim Rza vurub.
Bu qələbə ilə "Qarabağ" turnirin çempionu olub. AFFA-nın 2023-2024-cü il üçün təşkil etdiyi Azərbaycan Çempionatına bu oyunla yekun vurulub.
Qeyd edək ki, “Qarabağ" Futbol Klubunun 13 yaşlıları iki il öncə də "Vətən"ə qalib gəlməklə, turnirin çempionu olmuşdular.
![](http://ssl.bizim.media/file/articles/2024/06/14/1718388504_photo_5433665673265012997_y.jpg)
![](http://ssl.bizim.media/file/articles/2024/06/14/1718388503_photo_5433665673265012999_y.jpg)