AZ

Türkiyədə meşə yanğınına müdaxilə etməyə çalışan təyyarə QƏZAYA UĞRADI - VİDEO

Türkiyənin Aydın vilayətinin Didim rayonunda meşəlik ərazidəki yanğına müdaxilə edən Türk Hava Qurumuna  məxsus təyyarə Bafa gölünə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Aydın valisi Yakup Canbolat məlumat verib.

Canbolat bildirib ki, təyyarədə 2-si pilot olan 3 nəfər təyyarənin üzərinə çıxıb və qayıqla xilas edilib:

"Didimin Akyeniköy səmtinin Dalyan bölgəsində yanğına müdaxilə etmək üçün gələn Türkiyə Hava Qurumuna məxsus təyyarə Bafa gölündən su doldurarkən qəzaya uğrayıb. Təyyarədə olan pilotlar təyyarənin üzərinə qalxıblar".
 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
bizim.media

10Mənbələr