AZ

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Rusiya Hava Kosmik Qüvvələrinin (HKQ) “Su-34” təyyarəsi Şimali Osetiya dağlarında qəzaya uğrayıb.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.“Şimali Osetiya-Alaniya Respublikasının dağlıq ərazisində planlı təlim-məşq uçuşu zamanı Rusiya HKQ-nin “Su-34″ təyyarəsi qəzaya uğrayıb. Təyyarə əhalisi olmayan əraziyə düşüb. Ərazidə dağıntı yoxdur. Heyət həlak olub”, – deyə qurumdan bildiriblər.Təyyarə qəzasının ilkin səbəbi texniki nasazlıq ola bilər.“Təyyarənin düşdüyü əraziyə HKQ-nin komissiyası göndərilib”, – Müdafiə Nazirliyindən əlavə ediblər.Respublikanın operativ xidmətlərinin məlumatına görə, Alaqir rayonunun dağlarına düşən təyyarədə iki pilot olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
23
dosye.org

10Mənbələr