AZ

Rusiyanın Su-34 təyyarəsi Şimali Osetiyada qəzaya uğrayıb

Şimali Osetiyada Rusiyanın Su-34 bombardmançı təyyarəsi qəzaya uğrayıb, ekipaj həlak olub.

Oxu24.com-un xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Şimali Osetiya-Alaniya Respublikasının dağlıq relyefində planlaşdırılmış təlim uçuşu zamanı Rusiya Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsi qəzaya uğrayıb”, - deyə nazirliyin iyunun 11-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, təyyarə səhra ərazisinə düşüb. Yerdə dağıntı yoxdur. Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır. Şimali Osetiyanın operativ xidmətlərindən bildirilib ki, təyyarədə iki pilot olub.

Mənbə: TASS.ru

Yeganə
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
23
oxu24.com

10Mənbələr