AZ

Doğulan əkiz və üçəmlərin sayı açıqlanıb

2024-cü ilin yanvar - aprelində 1104 əkiz, 45 üçəm körpə doğulub. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. \
 
Hesabat dövründə 33 575 körpə doğulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% azdır. 
 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb.
 
Doğulan uşaqların 52,9%-i oğlan, qız uşaqlarının xüsusi çəkisi isə 47,1%-i qızdır. 
 
4 ayda 20 963 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azdır. 
 
 İlin əvvəlindən ölkə əhalisinin sayı 0,13 % artaraq mayın 1-i vəziyyətinə 10193571 nəfərə çatıb.
 
Aygün Mirakif

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
32
anews.az

10Mənbələr