AZ

Bu ilin ilk 4 ayında dünyaya gələn körpələrin 1104-ü əkizdir – Statistika


Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 33 min 575 doğulan körpə qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə 2024-cü ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda deyilir.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb.
Qeyd olunub ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub:
“Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulmuşdur”.
Həmçinin qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında ölkədə 20 min 963 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,4-dən 6,2-yə düşüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
27
yeniavaz.com

10Mənbələr