2024-cü ilin yanvar - aprelində 1104 əkiz, 45 üçəm körpə doğulub. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. \
Hesabat dövründə 33 575 körpə doğulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% azdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a
düşüb.
Doğulan uşaqların 52,9%-i oğlan, qız uşaqlarının xüsusi çəkisi isə 47,1%-i qızdır.
4 ayda 20 963 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azdır.
İlin əvvəlindən ölkə əhalisinin sayı 0,13 % artaraq mayın 1-i vəziyyətinə 10193571
nəfərə çatıb.
Aygün Mirakif
www.anews.az