AZ

Azərbaycanın turizm imkanları Orta Doğuda tanıdılır

Son yeniləmə: 13 İyun 2024 11:57 BAYRAQDAR MEDİA – Azərbaycan Turizm Bürosu 11-14 iyun tarixlərində “Dnata” şirkətinin təşkil etdiyi “Ahlan Arabia” adlı silsilə tədbirlərdə iştirak edir.Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.Bildirilib ki, “silsilə tədbirlər Kevytin Küveyt, Qətərin Doha və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində keçirilir. Tədbirlər çərçivəsində B2B və B2C formatlı görüşlər təşkil olunub. İkitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın digər bölgələri, əsasən yay və qış mövsümü haqqında məlumat yerli turizm şirkətlərinə təqdim olunub”.Qeyd edilib ki, bundan əlavə, iştirakçılara Azərbaycanda mövcud olan sağlamlıq turizmi obyektləri və müalicəvi kurortlar, ekoturizm, qastronomiya kimi turizm məhsulları haqda məlumat verilib: “Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 min 75 nəfər səfər edib ki, bu da ötən illə müqayisədə 39 faizdən çox artımdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
bayraqdar.info

10Mənbələr