AZ

Azərbaycanda yay turizmi başladı - Region hotelləri tam dolub?

Ölkəmizdə yay turizm mövsümü start götürüb. Bu mövsümdə həm Azərbaycana çoxsaylı ölkələrdən turistlərin səfər etməsi gözlənilir, həm də daxili turizm üçün imkanlar yaranır.

 

Bəs regionlarımız yay turizmi mövsümünə hazırdırmı? Mövsümə hazırlıqla bağlı hansı işlər görülür?

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Modern.az-a bildirib ki, regionlarımız yay turizm sezonuna tam hazırdır:


“Cənub istiqamətində yeni otellərin açıldığını görürük. Orada 4 və 5 ulduzlu hotellər, hostellər də var. Şəhərdə, kəndlərdə turizm agentliyin xətti ilə evlərdə də kirayə otaqlar verilir. Bu evlərdə bir otaq xüsusi olaraq turistlər üçündür. Yemək barəsində də ən zəngin mətbəx Azərbaycandadır. Şəki rayonunda da turistlər üçün hazırlıq görülür. Bütün Azərbaycanda qonaqprəvərlik var. Regionlarımız sezona tam hazırdır. Yollarımız yüksək beynəlxalq standartlara cavab verir. 


Daxili turizmdə pandemiyadan əvvəlki dövrdən başlayan inkişaf indiyə qədər davam edir. Tarixi yerlərimiz, Naftalan kimi sanatoriyalarımız və gözəl təbiətimiz, meşə və çaylarımız turizm sezonuna tamamilə hazırdır”.

 


 

Turizm eksperti Rəhman Quliyev qeyd edib ki, regionlarda fəaliyyət göstərən hotellər artıq yay sezonu üçün hazırlıq işlərini tam başa çatdırıb:


“Bir həftə sonra məktyəblər bağlanır. Bölgələrə kütləvi axın başlayacaq. Bu baxımdan hotellərdə doluluq səviyyəsi demək olar ki, 100%-dir. Şəki, Zaqatala, Qax, Balakən və xüsusilə dağlıq bölgələrə daha çox üstünlük verilir. Şəki-Zaqatala və Quba-Qusar bölgələrində 3,4 ulduzlu hotellər demək olar ki, dolub. 5 ulduzlu otellər isə 70-80% səviyyədə doludur. Təbii ki, bunlar kütlənin qiymətə görə münasibətindən asılıdır”.


Onun sözlərinə görə, hotellərlə yanaşı evlər də kirayə verilir:


“Mən hər zaman bunun tərəfdarıyam. Bu vətəndaşların sosial rifahına xidmət edir. Hesab edirəm ki, dövlətin də bunda marağı var. Ölkə rəhbərliyinin xüsusi konsepti var ki, Azərbaycan turizminin inkişafı xalqa xidmət etməlidir. Nəinki turizm, bütün sektorların fəaliyyətinin yekun nəticəs xalqın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bu da ölkə rəhbərinin apardığı uğurlu siyasətin nəticəsidir. Bu gün turizmdən danışırıqsa, qeyd etməliyik ki, Azərbaycan turizmi ilbəil nəzərə çarpacaq səviyyədə inkişaf edir. İnsanlar maarifləndirilir və bu maariflənmə əsasında daha yaxşı seçim edirlər. Fürsətdən istifadə edərək demək istəyirəm ki, vətəndaşlar harasa getmək istədiyi zaman ümumi səfər planlaşırdığı zaman daha öncədən rezervasiya etsinlər. Çünki yay tətili başlayanda bu istiqamətdə yaranır”.

 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
modern.az

10Mənbələr