AZ

Azərbaycanın turizm imkanları Hindistanın 4 şəhərində tanıdılıb

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistanın Banqalor, Pune və Kəlkətə şəhərlərində ölkənin turizm imkanlarının təqdimatına həsr edilmiş silsilə tədbirlər, həmçinin Mumbay şəhərində şəbəkələşmə tədbiri təşkil edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Hindistanın 100-dən çox turizm nümayəndəsi ilə Azərbaycanı təmsil edən şirkətlər arasında ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədi ilə keçirilən görüşlərdə ölkəni Azərbaycan Turizm Bürosu ilə birgə, “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla, ümumilikdə 8 yerli tərəfdaş təmsil edib.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən Mumbay şəhərində 40-dan çox yerli media nümayəndəsinin iştirakı ilə mətbuat konfransı, eləcə də Hindistandan olan media və turizm şirkətlərinin iştirakı şəbəkələşmə tədbiri təşkil olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Hindistandan Azərbaycana 90 670 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfədən çox artımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
report.az

10Mənbələr