AZ

"Sülh müqaviləsinin imzalanmamasında ABŞ-ın da rolu az olmayıb" - Politoloq

"Rusiya barəsində dediklərində haqlıdır, amma münaqişənin uzanması, sülh müqaviləsinin indiyə kimi imzalanmamasında ABŞ-ın da rolu az olmayıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ dövlət katibinin müavini Ceyms O'Brayanın Rusiyanın çətinliklərlə üz-üzə qaldığı indiki dövrdə İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün əlverişli imkanların yarandığı barədə fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, ABŞ dövlət katibinin müavini həmin açıqlamasında Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Vaşinqtonun suyu bulandırıb, Ermənistanı dəstəkləmək, onun işğalçılıq siyasətini müdafiə etmək imkanlarının daraldığını deməyib:



"Halbuki tam obyektiv olsaydı, onu da deməli idi. Lakin bununla belə ABŞ rəsmisi Rusiya barədə dediklərində tam haqlıdır. Amma münaqişənin uzanması, sülh müqaviləsinin indiyə kimi bağlanmamasında ABŞ-ın da az rolu olmayıb. Bu mənada Obrayanın fikirləri yarımçıqdır. Rusiya haqqında dediklərində haqlıdır. Amma ABŞ barədə məsələdə haqsızdır".

Qeyd edək ki, "Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında ABŞ dövlət katibinin müavini Ceyms O'Brayanın Rusiyanın çətinliklərlə üz-üzə qaldığı indiki dövrdə İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkanlar yaranıb. Onun dediyinə görə, belə imkan bir ildən sonra olmaya da bilər:

"Hazırda bu məsələdə Rusiyanın Ukraynada ilişməsi səbəbindən, irəli hərəkət etmək üçün imkanlar var". 

Rüfət Sultan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
qaynarinfo.az

10Mənbələr