AZ

ABŞ Ermənistanla Azərbaycanı sülh sazişini yekunlaşdırmağa cəsarətləndirir - Ceyms Obrayn

Bakı. TurkicWorld:

ABŞ Azərbaycanla Ermənistanı sülh razılaşmasını qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir.

TurkicWorld xəbər verir ki, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn "Azadlıq radiosu"na açıqlamasında deyib.

Onun sözlərinə görə, Vaşinqton region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləyir.

“Bizim fikrimizcə Mərkəzi Asiyadan Aralıq dənizi istiqamətində ticarət dəhlizi inşa etmək üçün bir neçə nəsildən bir üzə çıxan fürsət yaranıb. Bu yalnız Azərbaycan və Ermənistan arasında sülh olduğu təqdirdə mümkün ola bilər. Bu, bütün dəhliz boyunca yeni sənaye istiqamətləri yaradacaq. Bu, indi baş verə bilər. Bir neçə il sonra, bu indiki qədər əhəmiyyətli olmaya bilər. Ona görə də indi bunu etməyin zamanıdır”, - Obrayn əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
turkic.world

10Mənbələr