AZ

II və III qruplar: Bu abituriyentlər ixtisas seçimində iştirak edə BİLMƏZ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II cə III ixtisas qrupları üzrə qəbul imtahanının 1-ci cəhdi keçirilib və nəticələr elan olunub.

 

2-ci cəhd imtahanından sonra isə imtahan verən namizədlər üçün ən əsas mərhələ, yəni, ixtisas seçimi başlayacaq.

 

Nəticələri elan olunan II və III ixtisas qrupunu seçən abituriyentləri maraqlandıran suallardan biri də ixtisas seçiminə buraxılmaq üçün hansı şərtləri ödəməli olduqları barədədir.

 

Modern.az xəbər verir ki, AzEdu.az-ın DİM-dən aldığı məlumata görə ll və lll qruplar üzrə ixtisas seçimi aşağıdakı şərtlərə əsasən aparılır.

 

II ixtisas qrupu

 

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir: - Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

 

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

 

- Marketinq;

- Biznesin idarə edilməsi;

- Turizm bələdçiliyi;

- Turizm işinin təşkili.

 

III ixtisas qrupu

 

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir: - Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

 

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

 

-Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

 

-Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

 

- Muzey, arxiv işi və abidələrin qorunması;

-  Sosial iş;

- Regionşünaslıq (regionlar üzrə).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
modern.az

10Mənbələr