AZ

Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? – DİM-dən CAVAB 

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini mayın 17-də elan edib. 

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. 

Bəs ixtisas seçimi nə vaxt başlayacaq? 

DİM-dən Bizim.Media-ya bildirilib ki, magistraturaya qəbul olunmaq üçün ixtisaslaşma seçiminin tarixləri barədə yaxın günlərdə əlavə məlumat veriləcək. 

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir, həmin cədvəl “Magistr” jurnalında dərc edilib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
bizim.media

10Mənbələr