AZ

Türkiyənin beş vilayətində meşə yanğınları oldu

Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir vilayətlərində yerləşən meşəlik ərazilərdə yanğın baş verib.

 

Sfera.az türk KİV-lərinə istinadən xəbər verir ki, İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb.

 

Məlumata görə, hazırda Çanaqqala, Sinop və Muğlada alovlara qarşı havadan və qurudan müdaxilə davam edir.

 

Çanaqqala valisi İlhami Aktaş yanğınla bağlı verdiyi açıqlamada bölgədə güclü küləyin əsdiyini, hazırda 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işlərinin davam etdiyini deyib. Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam edir.

 

İzmirdə baş verən yanğında şübhəli bilinən bir nəfər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
11
sfera.az

10Mənbələr