AZ

Türkiyənin 5 vilayətində meşə yanğınları başladı - Əhaliyə xəbərdarlıq olundu

Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir vilayətlərində meşəlik ərazilərdə yanğın başlayıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Belə ki, İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb.

Hazırda Çanaqqala, Sinop və Muğlada alovlara mübarizə tədbirləri davam edir.

Məlumata görə, 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işləri aparılır.

Meşəlik ərazilərə yaxın bölgələrdə yaşayanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilib.

Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
18
olaylar.az

10Mənbələr