AZ

Türkiyənin beş vilayətində meşə yanğınları olub

Bakı. Trend:

Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmirvilayətlərində yerləşən meşəlik ərazilərdə yanğın baş verib.

Trend türk KİV-lərinəistinadən xəbər verir ki, İstanbul və İzmirdə yanğın nəzarət altınaalınıb.

Məlumata görə, hazırda Çanaqqala, Sinop və Muğlada alovlaraqarşı havadan və qurudan müdaxilə davam edir.

Çanaqqala valisi İlhami Aktaş yanğınla bağlı verdiyi açıqlamadabölgədə güclü küləyin əsdiyini, hazırda 8 təyyarə və 4 helikopterləyanğınsöndürmə işlərinin davam etdiyini deyib. Digər vilayətlərdədə alovların söndürülməsi istiqamətində işlər davam edir.

İzmirdə baş verən yanğında şübhəli bilinən bir nəfərsaxlanılıb.

Seçilən
126
11
az.trend.az

10Mənbələr