AZ

Latviyanın Baş prokuroru Azərbaycanda səfərdədir

Bakı. Trend:

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviya RespublikasınınBaş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyətiölkəmizə işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, ilk öncə nümayəndə heyəti Fəxri Xiyabanagələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycandövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramlayad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloqalim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.Qonaqlar, həmçinin Şəhidlər xiyabanına gedərək, Azərbaycanınmüstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarındankeçmiş Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları səmimi salamlayanBaş prokuror ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrinuğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığıngenişlənməsinin vacibliyini vurğulayıb. Kamran Əliyev ötən ilinfevral ayında Riqaya işgüzar səfərini və latviyalı həmkarları iləkeçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirib.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətininprioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasınınmöhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunmasıistiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali BaşKomandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tamşəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı iləQarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədəhəmkarına məlumat verib.

Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən YurisStukans ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnunolduğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasındaəlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeydedib.

Tərəflər ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalarvə təşkilatlar, o cümlədən Avrocast və Beynəlxalq ProkurorlarAssosiasiyası çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquqmühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyatakeçirildiyini vurğulayıb.

Baş prokuror Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalqtədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının -COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində BeynəlxalqProkurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumiyığıncağının ölkəmizdə keçiriləcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədənkorrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digərsahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım vəaktivlərin bərpası haqqında sorğuların icrası, həmçininqurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxıngələcəkdə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.

Görüşdə Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriEdqars Skuya iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Latviyanın
Latviyanın
Latviyanın
Latviyanın
Latviyanın
Latviyanın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
15
az.trend.az

10Mənbələr