AZ

Rusiyanın nüvə sualtı qayıqları ABŞ sahillərindən keçərək Havanaya yaxınlaşır

Rusiyanın

Rusiyanın ən böyük nüvə sualtı qayığı “Kazan” raket buraxan “Korşakov” freqatı ilə birlikdə Havana limanına yaxınlaşır.

Reyting.az
xəbər verir ki, Rusiya donanmasının simvolu olan “Müqəddəs Endryu” xaçı daşıyan hərbi gəmiləri xüsusilə Rusiya hərbi potensialını daha yaxından araşdırmaq istəyən ABŞ donanması izləyir.

Qrupa nüvə enerjisi ilə işləyən “Yasen” sinifli “Kazan” qanadlı raket sualtı qayığı ilə yanaşı, Rusiyanın raket freqatı “Admiral Qorşkov” adlı gəmi də daxildir.

Qrupu həmçinin bir cüt köməkçi gəmi, neft tankeri və xilasedici yedəklə müşayiət edir.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Komandanı Aleksandr Moiseyev gəmilərin Kubaya gedən yolda “Atlantik okeanında dəqiq raket silahlarından istifadəyə dair” təlimlər keçirdiyini açıqlayıb.

Uzun illər ABŞ-nın embarqosu altında olan Kuba Rusiya hərbi varlığının adaya qayıtmasını alqışlayır.

Bununla belə, Rusiya Müdafiə Nazirliyinin mənbələri gəmilərin “Florida sahillərindən bir neçə onlarla kilometr məsafədən keçdiyini” bildiriblər.

Ağ evin sözçüsü Con Kirbi daha əvvəl demişdi ki, ABŞ Rusiya donanmasının gəmilərinin Kubaya səfəri ilə bağlı vəziyyəti izləyir, lakin bunu “milli təhlükəsizliyə təhdid kimi görmür”.

Kuba Xarici İşlər Nazirliyi Rusiya hərbi gəmilərinin iyunun 17-dək paytaxt Havanada qalacağını, onların heç birinin nüvə silahı daşımayacağını və onların mövcudluğunun “region üçün təhlükə törətmədiyini” bəyan edib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
18
reyting.az

10Mənbələr