AZ

ABŞ Kubadakı rus gəmilərinə qarşı çarəsiz qalıb -Alman politoloq

ABŞ Rusiya hərbi gəmilərinin Kubada lövbər salmasına görə heç bir addım ata bilməz. xəbər verir ki, bunu alman politoloq Kristof Herstel “İzvestiya”ya açıqlamasında deyib.

Hazırda yaranan situasiya gərgin olduğu qədər maraqlıdır. Rusiya sadəcə Kuba xalqına dostluq missiyasını yerinə yetirdiyini göstərir.

“Aydın məsələdir ki, Birləşmiş Ştatlar bununla bağlı heç nə edə bilməz. O da tamamilə aydın oldu ki, Kubaya gələn silahlarla, belə demək mümkünsə, Rusiyanın ABŞ-a zərbə endirmək üçün real şansı var. ABŞ isə bunu etməyəcək. Hətta öz raketlərini vaxtında işə salıb cavab belə verə bilməyəcək. İndi ABŞ üçün çox çətin vəziyyət yaranıb, onlar çox təzyiq altındadırlar, lakin bu durumla bağlı heç nə edə bilmirlər", -Herstel qeyd edib. 

Politoloq, həmçinin qeyd edib ki, Rusiya raketləri Amerikanın müdafiə sistemindən və raketlərindən güclüdür. Üstəlik, amerikalılar da bunu bilirlər.

Xatırladaq ki, Rusiyanın Şimal donanmasına aid 4 gəminin Kubaya getməsi dünya gündəminə çevrilib. 

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bunlar Admiral Qorşkov freqatı, “Kazan” atom sualtı qayığı, xilasedici gəmisi “Nikolay Çiker” və tanker “Akademik Paşin”dir. Rusiya nümayəndə heyətinə Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahının əməliyyat şöbəsinin rəisi, vitse-admiral M.A.Neupokoyev sədrlik edir

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
18
news365.az

10Mənbələr