AZ

Kubaya gələn Rusiya gəmiləri ABŞ üçün təhlükə yaradır..?

...ABŞ-ın istefada olan kontr-admiralı Mark Montqomeri Fox News-a müsahibəsində deyib ki, Kubadakı Rusiya donanması materik və ABŞ dəniz qüvvələri üçün “məhdud təhlükə” yaradır. Eyni zamanda, o qeyd edib ki, prezident Vladimir Putinin regiona gəmilər göndərməsi o qədər də görünməmiş addım deyil.

Onun dediyinə görə, son 20 ildə üç oxşar hadisə baş verib, buna görə də bu, çox tez-tez baş verməsə də, normal miqyasda ənənəvi səfərdir.

Qeyd edək ki,kontr-admiral “Kazan” sualtı qayığının qrupa daxil edilməsinidə “çox maraqlı” adlandırıb.

...Montqomeri təklif edib ki, Rusiya sualtı qayığı regiondakı Amerika donanması üçün təhlükə yarada biləcək hipersəs silahları ilə təchiz olunub. Onun sözlərinə görə, “Admiral Qorşkov” freqatında gəmi əleyhinə qanadlı raketlər də var.

Bununla belə, istefada olan kontr-admiral qrupdakı Rusiya gəmilərinin heç birinin ABŞ sualtı qayıqlarını izləmək iqtidarında olmadığına əminliyini ifadə edib.

...Ancaq əks ssenari ehtimaldan daha çoxdur.

Mark Montqomeri deyib.

Yeri gəlmişkən, bu arada Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Rayan Berq xatırladıb ki, Latın Amerikası və Karib hövzəsi Rusiya doktrinasında mühüm yer tutur, çünki onlar Vaşinqtonun Avropadakı fəaliyyətinə əks tarazlıq kimi baxırlar.

...Onun sözlərinə görə, Rusiya müttəfiqlərinin köməyi ilə Qərb yarımkürəsində güc nümayiş etdirmək qabiliyyətinə işarə edir.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
18
sia.az

10Mənbələr