AZ

AÇ-2024-də 500 serbin ingilis azarkeşlərə hücumu ehtimalı var

Almaniya polisi hesab edir ki, Serbiya yığmasının 500 nəfərlik azarkeş dəstəsi İngiltərə yığması ilə oyunda iğtişaşlar törətməyə çalışacaq.

Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, Serbiya və İngiltərə yığmaları iyunun 16-da qrup mərhələsinin 1-ci turu çərçivəsində üz-üzə gələcəklər.

Mənbənin məlumatına görə, Gelzenkirxen polisi serb azarkeşlərin bu dəstəsinin qarşısını onlar İngiltərə yığmasının azarkeşlərinə hücum etməzdən əvvəl almağı hesblayıb.
İğtişaşlara xüsusi nəzarət bölmələrinin dəstəyi ilə bu oyunda 1000-dən çox alman polisinin öz vəzifəsini yerinə yetirəcəyi vurğulanır.

Gelzenkirxenin polis rəisi Piter Botx vəziyyəti şərh edərkən, “inanıram ki, bizim üçün ən böyük fəsad qızğın dəstələrin dinc və qanuna tabe olan azarkeşlərdən ayrılması olacaq”, deyə bildirib.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
10
arena.az

10Mənbələr