AZ

AÇ-2024 öncəsi ingilis azarkeşləri xamladılar

İngiltərə yığmasının azarkeşləri AÇ-2024 ərəfəsində dəyəri 2 milyon funt-sterlinqdən çox olan saxta milli komanda geyim dəsti alıblar.

Arena.az bu barədə “Mirror” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, artıq bir topdansatış saytında 26 mindən çox saxta köynək satılıb. Yaxın günlərdə onların satışlarının artacağı vurğulanır. İngiltərə yığmasının təchizatçısı “Nike”, oxşar alışlar səbəbindən ən azı 6,5 milyon funt-sterlinq (7,6 milyon avro) itirərək, ziyana uğrayıb.

AÇ-2024 saxta malların yayılmasına qarşı mübarizə üçün qanunların mövcud olduğu Almaniyada keçiriləcək. Saxta əşyaların geyinilməsinə görə cərimələr 4000 funt-sterlinqə (4700 avro) çata bilər.

2024-cü il Avropa çempionatında İngiltərə yığması Serbiya, Sloveniya və Danimarka ilə eyni qrupda çıxış edəcək. İngiltərə millisi qrup mərhələsində ilk oyununu iyunun 16-da Serbiya yığmasına qarşı keçirəcək. İyunun 20-də ingilislər Danimarka yığması ilə, iyunun 25-də isə Sloveniya millisi ilə qarşılaşacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
10
arena.az

10Mənbələr