AZ

AÇ-2024-ə aparılmayan futbolçu Dubaya getdi

İngiltərə millisinin 2024-cü il Avropa çempionatı üçün yekun heyətində yer almayan “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş tətilini keçirəcəyi Dubaya yollanıb.



Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.



28 yaşlı futbolçu ötən mövsüm “şəhərlilər”in heyətində 36 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.



Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə yığması C qrupunda yer alıb və Danimarka, Serbiya, Sloveniya milliləri ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərCek Qriliş İngiltərə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
10
komanda.az

10Mənbələr