AZ

Yevlax və Mingəçevir şəhərlərində subasmaya məruz qalan ərazilərdə təxirəsalınmaz tədbirlər görülür VİDEO

Bakı, 12 iyun, AZƏRTAC

İntensiv yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Hazırda FHN-nin qüvvələri su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, o cümlədən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işlərini həyata keçirirlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
15
azertag.az

10Mənbələr